Antonio Banderasın ailəsi dağılır - FOTOLAR
7 İyun 2014 08:00 (UTC+04:00)
Hollivudun ən tanınmış ailələrindən biri - Antonio Banderas və Melani Qriffit cütlüyü ayrılır. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyorun 18 il birlikdə yaşadığı həyat yoldaşı boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Boşanma səbəbi kimi də Hollivudun ənənəvi "fikir ayrılığı" problemi əsas gətirilib.
Melani məhkəmə vasitəsi ilə bütün əmlakın tam bölünməsini və 17 yaşlı qızları Stella üçün də ayrıca vəsait ayrılmasını tələb etmək niyyətindədir. Bu hadisə Qriffitin 4-cü dəfə, Banderasın isə 2-ci dəfə boşanması olacaq.
Ailə uçuruma necə getdi?
53 yaşlı Banderas və 56 yaşlı Qriffitin ailəsində işlərin qaydasında olmadığı barədə şayiələr çoxdan yayılırdı. Cütlüyə yaxın adamlar deyirdilər ki, Melani artıq ispan maçosunun xəyanətlərinə dözə bilmir. Banderas isə arvadının alkoqolik olmasından narazı idi. Bununla belə, cütlük ailələrini qorumaq üçün çx cəhd etdi, ancaq görünən odur ki, bu qalanı saxlamaq mümkün olmayacaq.





AzNews.az