Seperatçıların liderinin avtomiobilinə hücum olub

7 İyun 2014 19:20 (UTC+04:00)
Donetskdə seperatçı "Donetsk Xalq Respublikası"nın lideri Denis Puşilinin avtomobilinə edilmiş hücum nəticəsində onun köməkçisi Maksim Petruxin öldürülüb.

ANS PRESS-in məlumatına görə, Puşilin özü hazırda sağdır və vilayət icra hakimiyyətinin binasındadır. Həlak olan həm də "DXR Ali Radasının" üzvü olub.

Hadisə "Millenium" restoranının yanında olub. Araşdırma aparılır. Denis Puşilin hesab edir ki, hücum siyasi xarakterli olub.


AzNews.az