Türkiyə-Hollandiya qarşılaşmasını 2 gün sonra canlı izləmək olacaq
5 Sentyabr 2012 15:42 (UTC+04:00)
Azərbaycan azarkeşlərinin maraqla izlədiyi Türkiyə millisi dünya çempionatının seçmə mərhələsində 7 sentyabrda Hollandiya ilə üz-üzə gələcək.
Ay-ulduzluların ilk rəqibi Van Persi, Robben, Sneyder kimi məşhur futbolçuların yer aldığı Hollandiyadır. Amsterdam arenada D qrupunun favoritlərinin amansız mubarizəsi, Hollandiya-Türkiyə matçı sentyabrın 7-si saat 23.30-da "Xəzər TV"nin canlı yayımlanacaq.
Hollandiyadan 4 gün sonra Abdulla Avcının komandası İstanbulda Estoniya millisini qəbul edəcək. Şükrü Saracoğlu stadionunda saat 23:00-da start götürücək matç "Xəzər TV" vasitəsilə izləyə bilərsiz.
Bahadur
AzNews.az