Londonun "Çelsi" komandasının və futbol üzrə Almaniya millisinin əsas futbolçularından olan Andre Şürle biabır olub. AzNews.az xəbər verir ki, yarımmüdafiəçinin sevgilisi Montana Yorke ulduz futbolçunun qalstukunu bağladığı vaxtda onun videosunu çəkərək sosial şəbəkəyə yükləyərək belə şərh yazıb:
"Qalstukunuzu Şürleyə bağlatmayın"
Maraqlıdır ki, dəqiq ötürmələri, təkbətək mübarizələrdə üstünlükləri olan futbolçu geyim məsələsində hələ də "sinifdə qalır".