NATO-dan Rusiyaya əzələ nümayişi - hərbi təlimlər başladı
9 İyun 2014 09:38 (UTC+04:00)
ABŞ-ın himayəsi altında Avropanın şərqində NATO qoşunlarının irimiqyaslı hərbi təlimləri başlayıb.
AzNews.az Reuters-ə istinadən xəbər verir ki, təlimlər Polşa, Latviya, Estoniya və Litvada keçirilir.
"Saber Strike-2014" kod adı altında iyunun 9-21 tarixlərində keçiriləcək təlimlərdə 9 ölkədən 2 mindən çox hərbçi iştirak edəcək.
Latviya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, təlimlərin məqsədi beynəlxalq əməliyyatlarda iştirak vərdişlərinin artırılmasıdır.
Aydan Axundova
AzNews.az