Ronaldinyo ölməyib

5 Sentyabr 2012 15:56 (UTC+04:00)
Bir neçə gün əvvəl bəzi Azərbaycan sayıtları futbol ulduzu Ronaldinyo yol qəzası zamanı dünyasını dəyişdiyi bildirilirdi. "Tvitter"də yayılan xəbərdə qəzanın Morristovn və Rosvell arasındakı yolda baş verdiyi deyilirdi. Məlumatda bildirilir ki, cəsədin üzərində futbolçunun pasportu olub.

Nəhayət, Türkiyənin "Hürriyyət" qəzetindəki bir yazı bütün şübhələrə son qoyub. Bizimkilərdən fərqli olaraq, türklər bu xəbəri araşdırıb və məlum olub ki, Ronaldinyo doğrudan da ölməyib. Ölüm xəbəri yayılan zaman Ronaldinyo öz sevgilisiylə Braziliyada, Atlantik okeanının sahillərində istirahət edirmiş.

Qeyd edək ki, Dünən Ronaldinyo oyuna çıxıb və ölmədiyini subut edib.

Bahadur
AzNews.az