Türkiyədə ara qarışdı: gənclər həbs edildi, 3 polis yaralandı- VİDEO
9 İyun 2014 12:44 (UTC+04:00)
Türkiyənin Kocaeli Universitetində bir qrup aktivist tələbənin ali məktəbdə baş verənlərə etiraz etməsi ortalığı qarışdırıb. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tələbələr beynəlxalq əlaqələr fakültəsini "işğal etdiklərinə" görə imtahan yubanıb. Universitetin mühafizə xidməti məsələyə müdaxilə etsə də, gənclərlə bacarmaq mümkün olmayıb. Onlar universitetin şüşələrini sındırıblar, xeyli avadanlıq sıradan çıxıb. Vəziyyətin çıxılmaz olduğunu görən rəhbərlik polis çağırıb. Polisin müdaxiləsindən sonra 20 nəfər saxlanılıb. Hadisə zamanı 3 polis yüngül zədələr alıb. Hazıərda ali məktəbdə gərginlik davam edir.