Ukraynadakı böhranın nizamlanması istiqamətində razılıq əldə olundu
9 İyun 2014 20:34 (UTC+04:00)
Üç tərəfli müzakirələrdə Ukraynanın şərqində vəziyyətin sülh yolu ilə nizamlanması ilə bağlı rəsmi Kiyevin təklif etdiyi planın əsas mərhələsinin icrası üzrə razılıq əldə edilib.
APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, Ukrayna, Rusiya və ATƏT nümayəndələri iyunun 8-i və 9-da üç görüş keçiriblər.
Ukrayna XİN məlumatında bildirilir ki, Donetsk və Luqansk vilayətlərində vəziyyətin nizamlanması, münaqişənin həlli üçün qarşılıqlı kompromislərin axtarılmasına dair ümumi anlaşma əldə edilib.
Təmas qrupunun üzvləri danışıqların davam edəcəyi barədə də razılığa gəliblər.
AzNews.az