Slavyanskda yaralanan 8 yaşlı uşaq ölüb

9 İyun 2014 20:59 (UTC+04:00)
Slavyanskda həyata keçirilən antiterror əməliyyatı zonasında 8 yaşlı uşaq ölüb.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, Donetsk vilayətinin dövlət administrasiyası bu məlumatı təsdiqləyib.

Uşaq qəlpə yarasından dünyasını dəyişib. Qeyd olunur ki, bu, Ukraynanın şərqində antiterror əməliyyatı başlayandan ilk yetkinlik yaşına çatmamış şəxsin ölümüdür.

AzNews.az