Azərbaycan millisindən inamlı qələbə

5 Sentyabr 2012 22:38 (UTC+04:00)
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli yığma komandası "Avrobasket-2013"ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Elxan Əliyevin yetirmələri qrupumuzun liderlərindən sayılan İsveç komandası ilə görüşüb və 82:76 hesabılə qələbə qazanıb.

Komandamızın heyətində ən məhsuldar oyunçu statusuna Orxan Hacıyev yiyələnib (28 xal). Rəqibə gəlincə, isveçlilərin lideri Yonas Jerebko 20 xalla yadda qalıb.

Yaşar
AzNews.az