Kramatorsk aeroportu uğrunda döyüş gedir - 40 ölü
10 İyun 2014 10:53 (UTC+04:00)
Ukraynanın Kramatorsk şəhər hava limanında döyüşər intensivləşib.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, separatçılar Kramatorsk aerodromunu ələ keçirməyə cəhd edir.
Antiterror Əməliyyatları Mərkəzinin qərargahından bildirilib ki, silahlı separatçılar hava limanını atıcı silahlardan və minaatanlardan atəşə tutub. İlkin məlumata görə, təxminən 40 terrorçu məhv edilib.
D. Tımçuk deyib ki, terrorçuların hərbi texnikaları məhv edilib. Hərbçilər arasında itki yoxdur.
Aydan Axundova
AzNews.az