Türkiyəlilərlə suriyalılar qırğına çıxdılar
11 İyun 2014 07:35 (UTC+04:00)
Ötən gün Türkiyənin Kilis vilayətində suriyalılarla yerli gənclər arasında insident baş verib. ANS PRESS-in xəbərinə görə, Ekrem Çetin məhəlləsində 2 yerli sakinlə bir qrup suriyalı arasında mübahisə baş verib. Mübahisə sonda türklərin xəsarət alması ilə nəticələnən davaya çevrilib. Daha sonra toplaşan məhəllə sakinləri ərazidə olan Suriya dövlət nömrə nişanlı avtomobillərə daşlarla ziyan vurublar.
Hadisə yerinə çevik polis və TOMA (Kütləvi Müdaxilə) avtomobilləri cəlb olunub. Özündən çıxmış qrupu dağıtmağa çalışan polis qüvvələri bir çox məhəllədə də təhlükəsizlik tədbirlərini gücləndirib.
Hücuma məruz qalaraq zərər dəymiş Suriya avtomobilləri isə hadisə yerindən uzaqlaşdırılaraq cərimə dayanacaqlarına aparılıb.
AzNews.az