Separatçılar dövlət sərhədini ələ keçirdi - Ukraynada
11 İyun 2014 09:07 (UTC+04:00)
Ukraynada rusiyameyilli separatçılar dövlət sərhəddinin bir hissəsini ələ keçirdi.
AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Donetsk vilayətinin Dmitrovka şəhəri yaxınlığında separatçılar Rusiya ilə sərhəddin bir hissəsini, o cümlədən poçt binasını tutublar.
Özünü "Donetsk Xalq Respublikası" adlandıran qondarma qurumun silahlı separatçıları artıq Rusiya-Ukrayna sərhədində vəziyyətə nəzarət edir.
Separatçılar ərazinin xəritəsini ələ keçirməyə cəhd edirlər.
Aydan Axundova
AzNews.az