“Neftçi”nin oyunçusu zədələndi

6 Sentyabr 2012 08:44 (UTC+04:00)
"Neftçi" klubunun futbolçusu Cavid İmamverdiyev zədələnib. Gənc futbolçu U-21-in məşqində xəsarət alıb. Topuğundan zədə alan İmamverdiyev həkim müayinəsindən keçib. Məlum olub ki, Cavid təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacaq. Avro Liqanın qurup mərhələsinə düşən nefçi üçün bu hadisə çox sarsıdıcı olub.

Qeyd edək ki, Cavid İmamverdiyev "Neftçi"nin əsas aparıcı futbolçularındandır.

Bahadur
AzNews.az