Universitetdə qarşıdurma: 42 nəfər həbs olundu

12 İyun 2014 10:26 (UTC+04:00)
Türkiyənin Atatürk Universitetində iki qrup arasında gərginlik baş verib.
Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, kütləvi davada 4 nəfər yaralanıb.

Davaya çevik polis müdaxilə edib. Polisləri görən tələbələr fişəng atmağa başlayıb.
42 nəfərin həbs olunduğu bildirilir.
Qeyd edək ki, davanın səbəbləri haqqında hələki məlumat verilməyib.

AzNews.az