Kiyevdə millətçilər Sərhəd Xidmətinin binasına hücum etdi
12 İyun 2014 10:39 (UTC+04:00)
Ukraynanın paytaxtı Kiyevdə bir qrup şəxs Dövlət Sərhəd Xidmətinin (DSX) binasına hücum edərək, komandanlığın istefa verməsəini tələb edir.
AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, hücum edənlər DSX-nin ölkənin şərq bölgəsindəki fəaliyyətinə etirazlarını bildirir.
Etiraz edənlər DSX komandanlığının istefasını tələb etməklə yanaşı onları satqınçılıqda da ittiham edirlər.
Xidmətin binasının təhlükəsizliyinin təmin olunması üçün əraziyə zirehli maşınlar cəlb olunub.
Hərbi geyimli bu şəxslər özlərini "Maydan" hərəkatının fəalları adlandırır.
DSX rəisinin müavini aksiya iştirakçıları ilə danışıqlar aparmaq üçün onlara yaxınlaşıb.
Hazırda DSX-nin binası qarşısında aksiya davam edir.
Əhməd
AzNews.az