10 300 manat pul oğurlyan şəxs həbs olundu

6 Sentyabr 2012 09:06 (UTC+04:00)
AzNews.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə iyulun 3-də Akif Bayramova məxsus ofisdən 10300 manat pul oğurlayan Abşeron rayon sakini Sərxan Möhsümov tutulub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxs məsuliyyətə cəlb olunub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Bahadur
AzNews.az