Prezident olmaq üçün 96 milyon xərclədi

12 İyun 2014 12:51 (UTC+04:00)
Seçki kampaniyası Ukrayna prezidenti Petro Poroşenkoya 96 milyon 400 min qrivenə başa gəlib. Bu barədə mətbuatda rəsmi açıqlama verilib.

Aktual.az Ukrayna mediasına istinadən bildirir ki, bu pulun 4 milyon 29,4 mini seçkiqabağı təşviqata, 215,1 mini digər təbliğat işlərinə, 9 milyon 851,5 mini ayrı-ayrı xidməti işlərə sərf edilib.

Pulun əsas hissəsi - 82 milyon 379 min qriveni isə yalnız KİV-ə xərclənib.

AzNews.az