İrandan qərbə ittiham: “İŞİD-ə ABŞ və İsrail dəstək verir”

14 İyun 2014 11:38 (UTC+04:00)
İran İnformasiya və Təhlükəsizlik Nazirliyi (Ettelaat) İraqda baş verən hadisələrlə bağlı ABŞ və İsraili ittiham edib.

AzNews.az-ın İran mediasına istinadən verdiyi məlumata görə, nazir müavini Əli Həzai deyib ki, "İraq İslam Şam Dövləti" təşkilatı başda olmaqla bölgədəki radikal qrupların İraqda həyata keçirdiyi terror aktları ABŞ və İsrail tərəfindən dəstəklənir: "İŞİD və digər terrorçu qrupların əməlləri yalnız şiələrə qarşı düşmənçilik deyil, bu həm də sünnilərə qarşı da yönəlib. Mosul şəhərindəki hadisələr buna bariz nümunədir".

Ə. Həzai bildirib ki, son bir ayda İranın fərqli bölgələrində Əl-Qaidə ilə əməkdaşlıq edən 30 nəfər saxlanılıb. O, ibadət yerlərinin terrordan qorunması üçün əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü də qeyd edib.

Aydan Axundova
AzNews.az