Rüfət Axundov döyülmədiyini dedi

6 Sentyabr 2012 10:31 (UTC+04:00)


Toyların birində müğənni Rüfət Axundovun həmkarı Gülayın həyat yoldaşı Kamil tərəfindən döyüldüyü xəbəri yayılıb.

Bu hadisənin hansı səbəbdən baş verdiyini öyrənmək üçün müğənni ilə əlaqə saxladıq. R.Axundov yayılan xəbərin tamamilə yalan olduğunu bildirdi: "Biz Kamillə ailə dostuyuq. Öpüşüb-görüşürük. Aramızdan su da keçmir. Qəribə adamlar var. Görünür, bu, bizi gözü götürməyənlərin işidir".

Müğənni bu xəbəri yayanlara bir mesaj da ünvanladı: "Heç özünüzü yormayın. Bizim dostluğumuzu heç kəs poza bilməz".

Bahar
AzNews.az