Əhmədinejat ABŞ-a gedir

6 Sentyabr 2012 10:32 (UTC+04:00)

İran prezidenti Mahmud Əhmədinejat Nyu-Yorkda təşkil olunacaq BMT Baş Assambleyasının 67-ci iclasında çıxışa hazırlaşır.

AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı İran prezidentinin böyük müşaviri Mojtaba Samare Haşəmi verib. Onun sözlərinə görə, bu Əhmədinejatın assambleyada prezident kimi son çıxışı olacağıdan, o, nitqində 8 illik fəaliyyətinə də yer ayıracaq.

Nəzərinizə çatdıraq ki, BMT Baş Assambleyasının 67-ci sessiyası sentyabrın 18-də işə başlayacaq.

Sadiq
AzNews.az