Prezident komandasını belə dəstəklədi - FOTO
17 İyun 2014 07:51 (UTC+04:00)
İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin futbol matçına baxmasını əks etdirən foto şəkil yayılıb.
ANS PRESS-in xəbərinə görə, şəkil prezident Ruhaniyə aid şəxsi tvitter səhifəsində nümayiş olunub.
Foto şəkildə Həsən Ruhani sadə bir otaqda plazma televizorda DÇ – 2014 çərçivəsində keçirilən İran – Nigeriya qarşılaşmasını izləyir.
Qeyd edək ki, idman geyimində oturan Ruhaninin qarşısında çay, şəkər, ləbləbi və meyvə var.
Qarşılaşma isə 0-0 hesabla heç-heçə başa çatıb.
