“Qanuni oğru”nu öldürəndən 14 il sonra qisas alındı

18 İyun 2014 09:53 (UTC+04:00)
Gürcüstanın Telavi şəhərinin mərkəzində kriminal aləmdə baş verən qarşıdurma zəmnində 35 yaşlı Açiko Maysuradze adlı şəxs qətlə yetirilib.

AzNews.az-ın məlumatına görə, hadisə iyunun 13-də Telavinin "İrakli Vtaroy" küçəsində baş verib.

Hüquq-mühafizə orqanlarının ilkin ehtimalına əsasən, Açiko Maysuradze "qanuni oğru"nu qətlə yetirdiyinə görə ölüm cəzasına məhkum edilibmiş. O, "Stariçok" ləqəbi ilə tanınırdı.

Belə ki, "Stariçok" 14 il əvvəl Açiko Vano Çabukaşvili adlı "qanuni oğru"nu öldürüb. Vano Çabukaşvili isə kriminal aləmdə "Vanseta" ləqəbi ilə məşhur olub.

Xatırladaq ki, 7 avqust 2000-ci ildə Telavi sakini Açiko Maysurazde Çabukaşvilinin evində qonaq olub. Aralarında yaranan mübahisə nəticəsində Açiko Çabukaşvilini öldürüb.

Bu cinayətə görə "Stariçok" qanun önündə cavab verib. "Qanuni oğru"nu öldürəndən intiqam alınması isə hər bir cinayətkar üçün şərəf məsələsidir. Eyni zamanda, oğru dünyasının qaydalarına görə, bunu icra edən şəxsin "qanuni oğru" titulu almasına da zəmanət verilir.



Aydan
AzNews.az