Türkiyə tankları hərəkətə keçdi
18 İyun 2014 12:23 (UTC+04:00)
Türkiyə Suriya sərhədindəki Kilisə şəhərinə tanklar yeridib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, zirehli texnika səhər saatlarında polis eskortu müşayiətilə yola çıxıb.
Zirehli texnikanın Kilisin Elbeyli rayonu ilə qarşı-qarşıya olan və İŞİD-in nəzarətində olan Çobanbəy bölgəsinə yerləşdiriləcəyi bildirilir.
AzNews.az