Ukraynada televiziya kanalında partlayış baş verdi
18 İyun 2014 14:47 (UTC+04:00)
Ukraynanın Mariupol şəhərində elektrik yarımstansiyası partladılıb.
AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, bunu Mariupoli Teleradio Mərkəzinin rəisi Anatoliy Kvitko verib.
O deyib ki, partlayış nəticəsində televiziyanın elektrik təminatı kəsilib.
A.Kvitkonun sözlərinə görə, hazırda təmir xidməti hadisə yerindədir və partlayışın nəticələrinin aradan qaldırılması ilə məşğuldur: "Bərpa işləri davam etdirilir. Ümid edirik ki, 2-3 saatdan sonra televiziya öz işini bərpa edəcək".
Hüquq-mühafizə orqanlarının əməkdaşları isə partlayışın rusiyameyilli separatçılar tərəfindən törədildiyini qənaətindədirlər.
AzNews.az