İran prezidentindən dünyaya qanlı mesaj
18 İyun 2014 14:57 (UTC+04:00)
İran prezidenti Həsən Ruhani İran-İraq sərhədindəki Xürrəmabad şəhərindəki çıxışı zamanı bildirib ki, "İŞİD" qruplaşmaları yeni şəhərlər və ərazilər zəbt edərkən müxtəlif dinlərə məxsus olan məbədləri dəfələrlə darmadağın ediblər.
Aktual.az-ın xarici mediaya istinadən məlumatına görə, Ruhani öz çıxışında belə deyib: "Biz nəhəng imperiyaları və onların əlaltılarını, eləcə də qatilləri və terrorçuları xəbərdar edirik ki, böyük İran xalqı İraqdakı şiə imamlarının məzarlarını qorumaq üçün hər şeyə gedəcək".
AzNews.az