Ukrayna prezidenti təhqir edildi

18 İyun 2014 20:37 (UTC+04:00)
Moskvada Ukrayna səfirliyi qarşısında, Leontyevski döngəsində naməlum adamlar təhqiredici banner asıblar.

ANS PRESS-in məlumatına görə, Ukrayna prezidenti Petro Poroşenkonu təhqir edən bannerin şəkli sosial şəbəkədə yayılıb.

Bannerdə Ukrayna prezidenti Petro Poroşenko təhqiredici formada təsvir edilib. Şəkildə Poroşenkoya aid olan "Roshen" şirniyyat şirkətinin loqotipi və "Şirniyyatın keyfiyyətinin nişanı" yazısı var. Bundan başqa, bannerdə söyüşlü "Amerika ***loşenkosu" yazılıb.

AzNews.az