İstanbul-İrəvan təyyarə reysləri məhdudlaşdırıldı

19 İyun 2014 07:48 (UTC+04:00)
İstanbul-İrəvan təyyarə reysləri bundan sonra həftədə bir dəfə həyata keçiriləcək.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul-İrəvan reysini "Armavia Hava Yolları" ilə birlikdə təşkil edən "Tower" Hava Yolları şirkətinin sahibi Dikran Altun məlumat verib.

Onun sözlərinə görə, indiyə qədər həftənin bazar və çərşənbə günləri həyata keçirlən reyslərin sayının azaldılması sərnişin qıtlığıyla bağlıdır.
Qeyd edək ki, D.Altun biletlərin qiymətində heç bir artım olmayacağını söyləyib.

İntiqam Valehoğlu
AzNews.az