Rusiya İranı açıq müdafiə etdi

6 Sentyabr 2012 14:33 (UTC+04:00)


"İranın nüvə silahı hazırladığına dair sübut yoxdur". Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin adı çəkilməyən təmsilçisi BBC-yə deyib. "İranda nüvə materialı istifadə olunur. Bu material isə MAQATE-nin mütəxəssisləri və müfəttişləri tərəfindən nəzarətdədir.

Ondan hərbi məqsədlər üçün istifadə olunmur. Bu da agentlik tərəfindən rəsmi təsdiqini tapıb", - deyə diplomat bildirib. Rusiyanın XİN təmsilçisi həmçinin deyib ki, ABŞ-ın İrana qarşı birtərəfli sanksiya siyasəti beynəlxalq hüquqa ziddir və problemin həllinə kömək göstərmir.

AzNews.az