ABŞ Poroşenkonun sülh planını dəstəklədi
19 İyun 2014 11:24 (UTC+04:00)
Ukrayna prezidenti Petr Poroşenko ilə telefonla danışan ABŞ-ın vitse-prezidenti Co Bayden bu ölkənin şərqindəatəşkəsə nail olunması planını dəstəklədiyini deyib.
AzNews.az-ınyerli mediaya istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı BaydenPoroşenkonu əmin edib ki, Rusiya separatçıları dayandırmaq üçün öz təsirindənistifadə etməsə, ABŞ zəruri addımları atacaq.
P. Poroşenkodeyib ki, sülh planı əks tərəfə təqdim edilib: "Ukrayna qüvvələri atəşi o zamandayandıra biləcək ki, separatçılar silahı yerə qoyacaq, "Rusiya muzdluları" isəölkəni tərk edəcək".
Aydan Axundova
AzNews.az