Nazir xəstəxanaya yerləşdirilib
19 İyun 2014 14:32 (UTC+04:00)
Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan xəstəxanaya yerləşdirilib.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, konfranslardan birində çıxış edərkən nazirin vəziyyəti qəflətən pisləşib və o, xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, nazirin səhhətinin pisləşməsinə yüksək təzyiq səbəb olub.
AzNews.az