Rejissor Loğman Kərimov əməlini dandı

6 Sentyabr 2012 18:46 (UTC+04:00)
Azərbaycanın bir qrup tanınmış aktyoru Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv olmaq üçün ərizə ilə müraciət edib. Xalq artisti Şəfiqə Məmmədovanı seçənlər arasında-xalq artisti Səyavuş Aslan, əməkdar artistlər Loğman Kərimov, Münəvvər Əliyeva, Elşən Rüstəmov və Qurban Məsimovun da adı olduğu gündəmə gəldi.

AzNews.az rejissor Loğman Kərimovla əlaqə saxladı. Loğman Kərimov isə yeni yaradılan Kinematoqrafçılar İttifaqına üzv olmaq üçün ərizə ilə müraciət etdiyini beə xatırlamadı: "Bilmirəm. Mənim bundan xəbərim yoxdur". Bəs, Siz bunun üçün ərizə yazmamısınız sualına L.Kərimov belə cavab verdi: "O mənim öz işimdi".

Bahar
AzNewş.az