Donetskdə şiddətli döyüş: Tanklar hərəkətə keçdi

19 İyun 2014 19:02 (UTC+04:00)
Donetskin Yampol qəsəbəsində şiddətli döyüşlər gedir. Ukrayna ordusu qəsəbəyə tank yeridir.

Axar.az xəbər verir ki, bu barədə qondarma Donetsk Respublikasının separatçıları məlumat veriblər.

"Şiddətli döyüşlər gedir. Yapmola 20 tank və 50-yə yaxın zirehli texnika yeridilir. Eyni zamanda 2 batalyon piyada hücumda iştirak edir", - deyə məlumatda bildirilib.

İtkilər barədə məlumat verilmir.