ABŞ səfirliyi Morninqstar qalmaqalına aydınlıq gətirdi

6 Sentyabr 2012 15:29 (UTC+04:00)


"Səfir Riçard Morninqstar Azərbaycan xalqına hörmət əlaməti olaraq Heydər Əliyevin abidəsi önünə gül qoyub və baş əyib".

Bu sözləri APA-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart deyib. O bildirib ki, bu jest prezident İlham Əliyevə etimadnaməsini təqdim edən bütün səfirlər, o cümlədən bundan əvvəlki ABŞ səfirləri üçün rəsmi protokolun bir hissəsidir.

Xatırladaq ki, səfir R. Morninqstarın Heydər Əliyevin abidəsi qarşısında baş əyməsini əks etdirən fotoşəkil Azərbaycanın və ABŞ-ın bəzi mətbuat orqanlarında mənfi reaksiyaya səbəb olub.

AzNews.az