Balotelli: “...İngiltərə kraliçası məni öpməlidir”
20 İyun 2014 11:40 (UTC+04:00)
İtaliya millisinin futbolçusu Mario Balotelli DÇ-2014-də bu gün Kosta-Rika ilə matç öncəsi ilginc fikirlər səsləndirib.
Qol.Az-ın məlumatına görə, hücumçu "Tvitter" hesabından Kosta-Rikaya qalib gələcəkləri təqdirdə, İngiltərə kraliçası II Elizabetin onun üzündən öpməsini istəyib.
Qeyd edək ki, Uruqvaya məğlub olan İngiltərə qrupdan çıxmaq şanslarını saxlaması üçün İtaliya bu gecə Kosta-Rikanı məğlub etməlidir. Kosta-Rikanın bir xal qazanacağı halda isə İngiltərə mundialda növbəti mərhələyə çıxa bilməyəcək.