Rasim Balayev: “Şəfiqə Məmmədovanı seçənlərin qarşısında şərt qoyulur”

6 Sentyabr 2012 17:00 (UTC+04:00)
"Səyavuş Aslan öz canının hayındadır. O, axı bizim, yəni Kinematoqrafçılar İttifaqının üzvü olmayıb. Bunlar normal adam olsalar Allahdan ona can sağlığı diləyərlər. Ona evində baş çəkərlər. Bircəciyi onun qapısından içəri girmir". Bunu AzNews.az-a açıqlamasında xalq artisti, Kinematoqrafçılar İttifaqının baş katibi Rasim Balayev dedi.

Aktyor bildirdi ki, Ş.Məmmədovanı seçənlərin qarşısında şərt qoyulur: "Bunlar aralarında danışıq aparırlar. Sənət adamlarının qarşısında şərt qoyurlar. Deyirlər ki, "ərizə yazmasan işdən çıxacaqsan. İşləmək istəyirsənsə sən bu quruma üzv olmalısan". Guya bu yeni quruma üzv olanlar Azərbaycanı ağ günə çıxaracaq. Görün bunlar nə gündədir ki, xəstə yatağında olan, canı ilə əlləşən bir adamın da qarşısında şərt qoyurlar."

Bahar
AzNews.az