2015 Şahmat Olimpiadasının Bakıda keçirilməsi gözlənilir

6 Sentyabr 2012 15:51 (UTC+04:00)
2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi Türkiyədə müzakirə olunacaq. Gənclər və İdman naziri Azad Rəhimovun 6 sentyabr 2012-ci il tarixindən etibarən Türkiyəyə rəsmi səfəri başlayır.

Gənclər və İdman Nazirliyindən AzNews.az-a bildirilib ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti K.İlyumjinovun Azərbaycana səfəri zamanı Azərbaycanda 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi barədə ilkin razılığa gəlinib.

Məhz, 7-9 sentyabr 2012-ci il tarixdə İstanbul şəhərində keçiriləcək Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında həmin tədbirlərin ölkəmizdə keçirilməsi ilə əlaqədar təqdimatın edilməsi və çıxış nəzərdə tutulub.

Bahadur Eyuboğlu
AzNews.az