Təbiətin daha bir amansızlığı kameralara tuş gəlib. Təbiət həvəskarları bu dəfə meymunun ceyranı ovlamasını çəkiblər. ANS PRESS-in məlumatına görə, videoda meymun yaxaldığı ceyrəni diri-diri yeyir.
Belə ki, bir ceyran sürüdən ayrı düşərək otlaqda çaşqın halda gəzir. Bu zaman gözlənilmədən bir meymun ceyrana yaxınlaşır. Ceyran meymundan təhlükə gələcəyini gözləmədiyi üçün qaçmır.
Meymun qəflətən ceyranı yaxalayır. Meymun ceyranı öldürmədən onun qarnını parçalayır. Sonra ceyranı diri-diri parçalayır.
Videodan da görünür ki, ceyran meymunun əlində çapalayaraq can verir. Bu video sosial şəbəkələrdə paylaşıldıqdan sonra böyük marağa səbəb olub.