Putin orduya “döyüşə hazır ol“ əmri verdi
21 İyun 2014 11:53 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin Mərkəzi hərbi dairənin qoşunlarına və bu dairəyə bağlı hərbi hissələrə döyüşə hazırlığı əmri verib.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, Putin Mərkəzi hərbi dairədə qoşunların döyüşə hazırlığını yoxlamaq üçün qəfildən kompleks yoxlamaların keçirilməsi barədə əmr verib.
Nazir bildirib ki, kompleks yoxlamalar iyunun 28-dək davam edəcək.
AzNewsa.az