Türklərə 48 saat vaxt verildi
22 İyun 2014 13:29 (UTC+04:00)
Türkiyə vətəndaşları bu müddət ərzində Liviyanı tərk etməsələr, tezliklə həbs edilə bilərlər
Liviyada yaşayan Türkiyə vətəndaşlarına ölkəni tərk etmələri üçün 48 saat vaxt verilib.
AzNews.az Anspress-ə istinadən xəbər verir ki, bu barədə göstəriş Liviyanın sabiq generalı Halife Hafter tərəfindən verilib.
Hafter ölkənin şərqində yaşayan Türkiyə və Qatar vətəndaşlarının Liviyanın əlehinə kəşfiyyat fəaliyəti ilə məşğul olduqlarını söyləyib.
Hafter qeyd edib ki, əgər həmin müddət ərizində türk vətəndaşları Liviyanı tərk etməsələr tezliklə həbs ediləcəklər.
Hafterin ölkədə hökumət çevrilişinə cəhd etdiyi barəsində də məlumat yayılıb.
AzNews.az