Şahmatçılarımızdan qələbə və heç-heçə

7 Sentyabr 2012 07:00 (UTC+04:00)
Şahmat üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan milli yığma komandaları İstanbulda davam edən Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər. Bu dəfə kişilərdən ibarət komandamız Polşa millisi ilə qarşılaşıb və 2:2 hesabılə heç-heçə oynayıb.

Qadın yığmamıza gəlincə, o, Gürcüstan millisi üzərində 2,5:1,5 hesabı ilə qələbə qazanıb. Nəticədə Fikrət Sideyifzadənin yetirmələri 7-13 yerlər arasında məskunlaşıb. Kişi komandamız isə Olimpiadada 8-16 yerləri bölüşür. Onu da nəzərinizə çatdıraq ki, bu gün,10-cu tur çərçivəsində kişi şahmatçılarımız Ukrayna, qadın komandamız isə Fransa ilə oynayacaq.

Emin Abbasov
AzNews.az