Dünyanın ən məşhur zalımı öldü - Fotolar+ ViDEO

25 İyun 2014 09:54 (UTC+04:00)
Amerikalı aktyor Eli Uollah 98 yaşında dünyasını dəyişib.
"Qafqazinfo" xəbər verir ki, aktyorun vəfatı ilə bağlı qızı Ketrinməlumat verib. Uollah öz dövrünün ən parlaq aktyorlarından biri olub. 2010-cu ilə qədər kino sahəsindəki çoxillik fəaliyyətinə baxmayaraq, bir dəfə də olsun "Oskar"a layiq görülməyib. Ona "Oskar" mükafatı yalnız 2010-cu ildə verilib.

Aktyor "Bir milyonu necə oğurlayamalı?", "Xaç atası 3" kimi filmlərdə çəkilib. "Zalım, pis, yaxşı" filmindəki "Zalım" obrazı ona dünya şöhrəti qazandırıb.



AzNews.az