Qorxu uşaqlarda nə yarada bilər- VİDEO
25 İyun 2014 18:46 (UTC+04:00)
Uşaqları qorxutmaq çox təhlükəli ola bilər.
ANS TV-nin məlumatına görə, uşaqlarda fobiya tez-tez rast gəlinən bir vəziyyətdir. Uşaqların 90%-inin 2-14 yaşları arasında ən az bir fobiyasının olduğunu göstərən tədqiqatlarlar var. Amma bəzən valideynlər uşaqlarını bir şeydən çəkindirmək üçün onları qorxduqları şeylərlə hədələyirlər. Ana uşağının dəcəllik etməsinə maneə törətmək üçün "dəcəllik etsən səni atıb gedəcəm", "səni dilənçiyə verərəm" şəklində qorxutmağa çalışır. Uşaqlara "götürmə-yanarsan", "dəymə-dişliyər", "qapını acma-yad əmi səni oğurlayar." Yatmadıqda "yatmasan səni xordan gəlib aparar", "polis gəldi tez yat" kimi sözlər valideynlərin qısa müddətə işinə yarasa da, uşağın psixologiyasına mənfi təsir göstərir. Qorxduqları şeylərlə hədələndikdə onlar bu qorxunun təsirindən qurtula bilmirlər.
Psixoloq Aidə Nəbiyevanın sözlərinə görə, uşaqlar qorxudulur və onlara izah edilir ki bu qorxulu şeylər onlarla yaşayır. Bu uşaq psixikası üçün böyük bir yük olur. Uşaq fobiyalardann azad ola bilmir və bu hadisələr onun həyatında "fobik proses"lərə çevrilir. Belə halda uşaq heç kimə yaxınlaşmaq istəmir, hamıdan qaçır və buda bizim "sosial adaptasiya" problemimizin yaranmasına səbəb olur.
Yaş dövrləri üçün spesifik olan və normal sayılan qorxular da var. Bu isə körpələrin fiziki və mənəvi inkişafı ilə bağlıdır. Xüsusilə, üç-beş yaş arasındakı uşaqlar heyvanlardan, qaranlıqdan, qarabasmalardan, nağıllardakı qeyri-adi varlıqlardan qorxurlar. Beş yaşından etibarən ölümün mahiyyətini anlamağa başlayan uşaqlarda xəstəlik və valideynlərini itirmək qorxusu yaranır. Bu qorxular isə təkcə psixoloji yox həm də fizioloji fəsadlarla üzə çıxır.
Həkimin sözlərinə görə belə halda uşaqlarda immun sistemi aşağı düşür, travmalar alır, tez-tez xəstələnir, nitq pozğunluğu yaranır,
Bir sözlə valideynlər uşaqlarını gözəgörünməz varlıqlarla qorxutmaqdan çəkinməklə yanaşı, fizioloji proses olaraq yaranan qorxularıda dəf etmək üçün onları dinləməli və daim onları diqqət mərkəzində saxlamalı, hərəkətlərini kənardan izləməlidirlər. Həmçinin əgər uşağınızın qorxuları onun gündəlik həyatına təsir etmirsə müalicəyə ehtiyac yoxdur. Lakin ictimai fəaliyyətləri, məktəb performansı və yuxu nizamınına ciddi təsir edirsə, o zaman professional kömək alınması lazımdır.
AzNews.az