Sabah Lənkəranda fəxri konsulluq açılır

7 Sentyabr 2012 10:18 (UTC+04:00)
Sentyabrın 8-də Lənkəran şəhərində Türkiyənin Fəxri Konsulluğunun açılışı keçiriləcək. Səfirliyin mətbuat müşavirliyindən AzNews.az-a verilən məlumata görə, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da iştirak edəcək.

Gəncə şəhərində isə Türkiyə Baş Konsulluğunun yeni binasının açılışı olacaq. Sentyabrın 9-da keçiriləcək mərasimə H. Kılıç da qatılacaq.

AzNews.az