19 ölkənin səfiri Azərbaycan və Ermənistana gəlir

7 Sentyabr 2012 11:02 (UTC+04:00)
ATƏT-ə üzv dövlətlərdən 19-nun qurumda daimi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək. ATƏT-in Bakıdakı ofisindən APA-ya verilən məlumata görə, səfirlərin Azərbaycana səfəri sentyabrın 10-11-nə planlaşdırılır.

Daimi nümayəndələr hökumət üzvləri, siyasi partiya və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirəcək. Səfərin məqsədi regionla yaxından tanış olmaq və burada baş verən proseslərə dair fikir mübadiləsi aparmaqdır.

AzNews.az