Futbola görə mərcə girdi
27 İyun 2014 19:12 (UTC+04:00)
Belçikanın baş naziri Elio di Rupo ABŞ prezidenti Barak Obamaya futbol üzrə dünya çempionatının 1/8 final oyununa görə mərc etməyi təklif edib.
ANS PRESS-in məlumatına görə, Elio di Rupo Obama ilə Belçika pivəsindən mundialın dörddə bir finalına çıxış üçün mübahisə edəcək.
Qeyd edək ki, iyulun 2-də Braziliyanın Salvador şəhərində keçiriləcək 1/8 final oyununda Belçika yığmasının rəqibi ABŞ komandası olacaq.
AzNews.az