Paytaxta pul yağdı -FOTO
29 İyun 2014 14:37 (UTC+04:00)
Özbəkistanın paytaxtı Daşkənddə inkassator maşını qəzaya düşüb. Virtualaz.org saytı xəbər verir ki, qəza nəticəsində maşın aşıb, ciddi xəsarət alan olmasa da pullar küçəyə səpələnib.
Yoldan keçən sürücülər və piyadalar küçəyə səpələnən əskinasları toplamağa başlayıblar.
Hüquq-mühafizə orqanları qəza zamanı səpələnən pullardan oğurluq olmadığını bildirir.