Avtobus qəzaya uğradı- ölən və yaralananlar var

30 İyun 2014 08:46 (UTC+04:00)
Türkiyənin paytaxtı Ankarada sərnişin avtobusu qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə "Haber7" telekanalı xəbər verib.

İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, 40 nəfər yaralanıb. Xəsarət alanlar Türkiyə vətəndaşlarıdır.
Qəzaya avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub.

AzNews.az