Partiya sədri: “Aksiya ola bilər”

7 Sentyabr 2012 12:48 (UTC+04:00)
"Əsasnamədə "aksiya" sözü yoxdur". Bunu AzNews.az-a Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib. Onun sözlərinə görə, Demokratik Qüvvələrin Məşvərət Məclisinin yaradılması müxalifətdaxili inteqrasiya naminə atılmış bir addımdır: "Biz inanırıq ki, seçkiöncəsi bu toplaşma uğurlu olacaq. Seçkilər başlayanda da bu uğurdan istifadə edəcəyik. Yaxın zamanlarda daxili müzakirələrdən sonra digər müxalifət partiyalarının da bizə qoşulması nəzərdə tutulur. Həmçinin, biz digər demokratik qüvvələrlə də əməkdaşlığımızı davam etdirəcəyik.

Yaradılmış qurumun əsasnaməsində "aksiya" sözünün olmadığını deyən partiya sədri vurğulayıb ki, burada toplaşan qüvvələr məsələləri əsasən müzakirələr yolu ilə həll etməyə üstünlük verirlər: "Aksiya keçirmək bizim konstitusion hüququmuzdur. İstədiyimiz vaxt aksiya keçirə bilərik. Əlbəttə ki, zəruriyyət yaranarsa. Bu barədə əsasnamədə xüsusi maddə yoxdur. Zamanı gələndə gündəmə gələcək. İndiki dövr üçün aksiyaların keçirilməsi düzgün deyil".

İlkin
AzNews.az