170 ədəd dəmir dayaq oğurlandı- VİDEO
30 İyun 2014 12:28 (UTC+04:00)
Tikinti sahəsindən oğurluq edən gənc saxlanılıb.
ANS TV-nin məlumatına görə, Abşeron polisi tərəfindən saxlanlıan paytaxt sakini Zülfiyev Nicat Qafqaz oğlu rayonun Mehtiabad qəsəbəsi ərazisində tikilməkdə olan fərdi yaşayış evindən oğurluq etməkdə təqsirli bilinir. Belə ki, Nicat qəsəbə sakini Əyyub Əliyevə məxsus həyatyanı sahədən, zərəçəkənin ev inşa etmək üçün aldığı dəmir dayaqları oğurlayıb.
Saxlanılan şəxs Nicat Zülfiyevin sözlərinə görə, yolun qırağında 60 ədəd dəmir dayaq var idi, onları götürüb və birini 7 manata satıb.
Amma aparılan araşdırmalar və zərəçəkənin verdiyi ifadə zamanı Nicatın oğurladığı dəmir dayaqların 60 yox, 170 ədəd olduğu muəyyən edilib.
Abşeron Rayon Polis Şöbəsinin müstəntiqi Nəriman Atakişiyeva bildirib ki o əvvəl tikililərdə işləyib, bilir ki təlabat çoxdu, satıb xərcləyib.
İndi vətəndaşın malina göz dikərək ona ziyan vuran Nicat əməlinə görə qanun qarşısında cavab verəcək. Bundan əlavə istintaqın gedişi zamanı saxlanılan şəxsin oşxar əməllərinin varlığı da araşdırılacaq.
AzNews.az